AERS 2023

26 – 28 Aprel 2023

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı, AZƏRBAYCAN


Əziz Əməkdaşlar!

İlk olaraq, Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyirəm.

Böyük zəlzələlər və onların dağıdıcı təsirləri bu sahədə gələcək tədqiqatların aparılmasını zəruri edir. Bu hadisələrin daha dərindən təhlil edilməsi seysmik dayanıqlı müasir qurğuların formalaşdırılması, riskin qiymətləndirilməsi, zəlzələnin təsirlərinin azaldılması istiqamətində görüləcək işlər baxımından çox vacibdir. Bu hadisələrin daha dərindən təhlil edilməsi seysmik dayanıqlı müasir qurğuların formalaşdırılması, riskin qiymətləndirilməsi, zəlzələnin təsirlərinin azaldılması istiqamətində görüləcək işlər baxımından çox vacibdir.

Sizləri 26-28 aprel 2023-cü il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin ev sahipliyi ilə keçiriləcək “Seysmik Dayanıqlı Müasir Qurğular” beynəlxalq konqresində (AERS 2023) iştirak etməyə dəvət edirik.

Konqres zəlzələ mühəndisliyi sferasında fəaliyyət göstərən professorları, bu sahədə çalışan mühəndisləri, zəlzələ tədqiqat mərkəzlərinin başçıları və sənayenin öndə gedən şirkətlərini bir araya gətirərək zəlzələyə dayanıqlı qurğuların təhlili və formalaşdırılması sahəsindəki əsas və tətbiqi tədqiqatlarda əldə olunan nailiyyətlərin müzakirə olunacağı vahid forum olacaq.

Ətraflı məlumatı https://aers2023.com saytından əldə edə bilərsiz.

Məqalələr 17 mart, 2023-cü il tarixinədək qəbul edilir.

Zəlzələnin dağıdıcı təsirlərinin azaldılması, sevdiklərimizi itirməmək və evlərimizdən didərgin düşməmək ümidi ilə daha aydın sabahlara

Konqresin Rəhbərliyi və Elm Komitəsi adından
Konqresin Sədri: t.e.d., professor Azər Ə. Qasımzadə

http://aers2023.com
support@aers2023.com